


Fevralın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev prezident seçkilərində səsvermə hüququndan istifadə edib. Milli Məclisin deputatı 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 21 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.