Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən “Beynəlxalq əmək standartlarının təşviqində və dayanıqlı inkişafın təmin edilməsində həmkarlar ittifaqlarının rolu” beynəlxalq konfrans çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Monqolustan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri ilə görüşüb. Tərəflər iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin yaradılmasını və əməkdaşlığın istiqamətlərini müzakirə ediblər.



