




Fevralın 12 - də Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri Rauf Qurbanov və Sərxan Salahovun ailələrini ziyarət ediblər. Görüş zamanı qəhrəman şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan bəhs olunub. Onların əziz xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, şəhid Rauf Qurbanov 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub. Azərbaycan Ordusunun Leytenantı olan Rauf Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. O, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rauf Qurbanov oktyabrın 18-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid Salahlı Sərxan 1991-ci il mart ayının 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Salahlı Sərxan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Salahov noyabr ayının 2-də Hadrutun azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Allah bütün Şəhidlərimizə rəhmət etsin !