Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsini qəbul edib


Fevralın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Sədərək döyüşlərinin 1992-ci ildə ilk şəhidlərindən biri olan İsmayılov Elman Cabbar oğlunun ailə üzvlərini qəbul edib.
Qəbul zamanı şəhidin qardaşı İsmayılov Qalib Cabbar oğlu bacısı İsmayılov Əskinaz Cabbar qızına yardım göstərilməsi ilə bağlı müraciət edib. Onların müraciəti dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.
Şəhidin ailə üzvləri göstərilən qayğılı münasibətə görə minnətdarlıqlarını ifadə ediblər.