Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi iştirakçısını qəbul edib


Fevralın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev mayor, II qrup Vətən müharibəsi əlili Allahverdiyev Elçin Balabəy oğlunu qəbul edib.
Qəbul zamanı Vətən müharibəsi iştirakçısının xəstəliyi ilə bağlı müraciəti dinlənilib. 
Şura sədrinin tapşırığı ilə vətəndaşın Bakı şəhərində müalicəsinin davam etdirməsi üçün gediş-gəlişinin təmin edilməsi məqsədilə Şuranın hesabından 200 manat məbləğində maddi yardım edilib. 
Vətən müharibəsi iştirakçısı Allahverdiyev Elçin Balabəy oğlu göstərilən diqqətə görə minnətdarlıq edib.