



Babək rayonunda şəhid ailələri ziyarət olunub Fevralın 14-də Babək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Babək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid Əjdərov Rəhman Rasim oğlu, şəhid Telmanlı Allahyar Elman oğlu və şəhid Əliyev Ramil Qurban oğlunun ailələri ziyarət olunub. Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər. Sonra şəhidlərimizn keçdikləri döyüş yolundan və xatirlərindən söhbət açılıb. Onların əziz xatirəsi yad edilib. Allah bütün şəhidlərimizə rəhmət etsin!