



Fevralın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vətəndaş Həsənov Aslan Əşrəf oğlunu və İxtiyarov Nizami Əvəz oğlunu qəbul edib. Qəbul zamanı vətəndaşların maddi yardımla bağlı müraciətləri dinlənilib. AHİK sədr müavini Qəzənfər Abdullayevin tapşırığı ilə Həsənov Aslan Əşrəf oğluna 200, İxtiyarov Nizami Əvəz oğluna isə 100 manat məbləğində maddi yardım edilib. Vətəndaşlar müraciətlərinin vaxtında baxılıb həll edildiyi üçün minnətdarlıqlarını bildiriblər.