

Fevralın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Babək rayon Məmmədrza Dizə kənd sakini I Qarabağ müharibəsi iştirakçısı Qələndərov Etibar Xanlar oğlunu qəbul edib. Şura sədri vətəndaşın müraciətini dinləyib. AHİK-in sədr müavininin tapşırığı ilə Qələndərov Etibar Xanlar oğlunun göz əməliyyatı üçün Şuranın hesabından maddi yardım verilib. Müharibə veteranı Qələndərov Etibar Xanlar oğlu diqqətə görə təşəkkürünü bildirib.