


Fevralın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi qaziləri Hacıbəyli Sahil Nadir oğlu və Xudiyev Qabil Qasım oğlunu qəbul edib. Şura sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib. AHİK-in sədr müavininin tapşırığı ilə qazilərin müalicə xərcləri üçün müvafiq məbləğdə dəstək göstərilib. Qazilər göstərilən qayğıya görə təşəkkürlərini bildirib.