





Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq Şahbuz rayonunun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və gənclər arasında şahmat yarışı üzrə birincilik keçirilib. Uşaq-Gənclər Şahmat məktəbində keçirilən yarışda 22 nəfər iştirak edib. Nəticədə kişilər arasında Valid Abbasov, qadınlar arasında isə Fatimə Yusifli yarışın qalibi olub. Fəxri Zeynalov, Bayram Bağırov, Nuray Quluzadə və Gülanə Mürşüdova üçlükdə yer alıblar. Qaliblərə təşkilatçıların diplomları və Şahbuz rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.