Şərur rayonunda şəhid ailələri ziyarət olunub


Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Şərur rayon Danyeri kəndindən olan Vətən müharibəsi şəhidləri Babayev Əli Həsən oğlu, Məmmədov Elşən Əziz oğlu və Şərur rayon Qarahəsənli kəndindən olan Cəlilov Həsən  Məhərrəm oğlu və Quliyev Həsən İbrahim oğlunun ailələrini ziyarət ediblər. Görüş zamanı şəhidlərimizin keçdikləri qəhramanlıq yollarından bəhs olunub və onların əziz xatirəsi yad edilib. Allah bütün Şəhidlərimizə rəhmət etsin!