Sədərək rayonunda şəhid ailələri ziyarət olunub


Aprelin 29-da Sədərək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Sədərək rayon Dəmirçi kəndindən olan şəhid Gözəlov Rüfət Əzim oğlu və Sədərək rayon Sədərək kəndindən olan şəhid Abdullazadə Tağı İlham oğlunu ziyarət ediblər.
Görüş zamanı şəhidlərin keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilib və onların əziz xatirəsi yad edilib. Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə təşəkkür ediblər. 
Qeyd edək ki, şəhid Rüfət Gözəlov İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Şəhid Abdullazadə Tağı İlham oğlu isə 44 günlük Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tağı Abdullazadə noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.