Babək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları şəhid ailələrini ziyarət edib


İyunun 11-də Babək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Ziyarət zamanı şəhidlərimiz İbrahimov Ayaz, Vəlizadə İbrahim və Hacıyev Şükürün əziz xatirəsi yad edilib, onların şərəfli həyat yolundan və düşmən üzərində şanlı qələbəsindən danışılıb. Bildirilib ki, Vətən uğrunda canlarını fəda edən şəhidlərimiz  gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Görüş zamanı şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.