Sədərək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən şəhid ailəsi və qazi ziyarət edilib


İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Sədərək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Nadirli Ərtoğrul Hümbət oğlunun ailəsini və qazi Quliyev Əmirxan Bilman oğlunu ziyarət ediblər. Görüş zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva bildirib ki, şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. Sədərək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı da bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailəsinə və Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə dəstək olmaq hər birimizin borcu olduğunu vurğulayıb. Şəhid ailəsi və qazi göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.