Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şahmat turniri keçirilib


Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Şərur rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Şahmat turniri keçirilib. 5 turdan ibarət turnirdə 20 şahmatçı iştirak edib. Sonda yarışda fəal iştirak edən və ayrı-ayrı yaş qrupları üzrə qalib olan şahmatçılara təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, yarışın təşkil edilməsinin əsas məqsədi iştirakçıların intellektual inkişafına dəstək göstərmək və onların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır.