




Avqustun 23-də Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri Şərur rayon Çomaxtur kəndindən olan Mədətli Zülal Rəhim oğlu, Xəlilli Murad Vəli oğlu, Zeynalov Azad Rafiq oğlu və İsmayılov Aqil Əli oğlunun ailələrini ziyarət ediblər. Görüş zamanı şəhidlərin keçdikləri qəhramanlıq yollarından bəhs olunub. Onların əziz xatirəsi yad edilib. Şəhid ailələri göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.