Azərbaycan Respublikasının Nazirlər Kabineti,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vəAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatlarının Milli Konfederasiyası arasında2018-2019-cu illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası QƏRARA ALIRLAR: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur). Artur Rasi-zadə Azərbaycan Respublikasının Baş naziri Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Məmməd Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti