



Oktyabrın 14-də Şahbuz rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Şahbuz Rayon Şahbuz şəhər şəhidi Muradlı İlkin İlyas oğlunun ailəsinə baş çəkib, şəhidin məzarını ziyarət edib, önünə çələng və gül dəstələri düzüblər. Görüş zamanı şəhid ailəsinin problemləri ilə yaxından maraqlanılıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların xatirəsi ehtiramla yad ediləcəkdir. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.