Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur). Artur RASİ-ZADƏ, Azərbaycan Respublikasının Baş naziri Səttar MEHBALIYEV, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Məmməd MUSAYEV, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Azərbaycan Respublikasının NazirlərKabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan RespublikasıSahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-cı il 15 aprel tarixli 154 nömrəli qərarla bağlanmışdır.