8 Noyabr-Zəfər Günü ilə bağlı "Şanlı Zəfər tariximiz" adlı 16 yaşa qədər şahmatçılar arasında yarış keçirilib


Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Şərur Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Məmmədov və Şərur rayon Şahmat məktəbinin direktoru Həsənəli Cəfərov çıxış edərək bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, xalqımızın birliyi, gənclərimizin Vətən sevgisi, xalq və ordu birliyi sayəsində əldə olunub. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının gücünü bütün dünyaya göstərdi. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsi olacaqdır. Sonda yarışın qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.