Ordubad Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Zəfər Gününə həsr edilmiş şahmat yarışı keçirilib


“8 Noyabr - Zəfər Günü” ilə bağlı Ordubad rayon Şahmat məktəbində Ordubad Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Ordubad Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat turniri keçirilib. Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra təşkilatçılar "Zəfər günü" münasibətilə iştirakçıları təbrik edərək bu tarixi günün əhəmiyyətindən danışıblar. Daha sonra yarışa start verilib. Gərgin və maraqlı qarşılaşmalarla yadda qalan turnirdə ilk üç yerin qalibi olan Cəfərov Fuad, Əsgər Mehdi və İsmayıllı İsmayıl diplom və hədiyyələrlə təltif olunublar. Həmçinin, yaş qruplarına görə iştirakçılar diplom və medallarla mükafatlandırılıblar. Qeyd edək ki, turnirdə Ordubad rayonunun ümumtəhsil məktəblərindən 60 şagird iştirak edib.