






“8 Noyabr-Zəfər Günü” ilə bağlı Culfa Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Gənclər və İdman İdarəsinin birgə iştirakı ilə uşaq və yeniyetmələr arasında cüdo yarışı keçirilib. Yarışın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. Tədbirdə təşkilatçılar çıxış edərək, yarışın keçirilməsinin məqsədi haqqında iştirakaçılara məlumat veriblər. Açılış mərasiminin ardınca yarışa start verilib. İdmançılar arasında müxtəlif yaş kateqoriyası və çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Mükafatlandırma mərasimində ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.