Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə futbol yarışı keçirilib


Sədərək Rayon İcra Hakimiyyəti və Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar arasında “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar Sədərək Kənd Mərkəzi stadionunda futbol yarışı keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Naim Cahidzadə idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Sənan Hüseynov ilə Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzayev çıxışlarında ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətindən danışıblar. Sonra yarışa start verilib. Maraqlı keçən oyunda qaliblər təşkilatçılar tərəfindən hədiyyələr və təşəkkürnamələrlə mükafatlandırılıblar.