Ordubad rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə məktəblilər arasında voleybol turniri təşkil olunub


"5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Ordubad rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Ordubad Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında voleybol turniri təşkil olunub. Yarışda 8 komandadan ümumilikdə 85 nəfər iştirak edib. Nəticədə Aşağı Əylis kənd tam orta məktəbin komandası qalib adına layiq görülüb. Ordubad Şəhər 3 nömrəli və Vənənd kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. İlk üçlükdəki komandalar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.