Babək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən məktəblilər arasında stolüstü tennis turniri keçirilib


“5 Mart– Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Babək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Babək Rayon Təhsil Şöbəsi və Babək rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə şagirdlər arasında stolüstü tennis turniri keçirilib. Yarışın yekununda qaliblər və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən qiymətli hədiyyə, medal və diplomlarla mükafatlandırılıb.