Şahbuz Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən şahmat yarışı keçirilib


Şahbuz Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Şahbuz Rayon Gənclər İdman İdarəsi və Şahbuz Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə Şahbuz rayonunun idarə, müəssisə və təşkilatlarının əməkdaşları arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Nəticədə iştirakçılardan Arzu Hüseynov yarışın qalibi olub. Qəhrəmanova Təranə və Quluzadə Nuray ilk üçlükdə yer alıblar. Qaliblərə Şahbuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal, Şahbuz Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.