





“5 Mart– Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Culfa rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Culfa Rayon Təhsil Şöbəsi, Culfa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə idmançılar arasında cüdo yarışı keçirilib. Yekunda müxtəlif yaş kateqoriyası və çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Qaliblərə təşkilatçılar tərəfindən hədiyyə, medal və diplomlar təqdim edilib.