Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Şahmat üzrə rayon birinciliyi keçirilib


“5 Mart– Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Şərur Rayon Təhsil Şöbəsi, Şərur rayon Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində təhsil alan 14 yaşlı şagirdlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində əsas məqsəd “5 Mart–Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd olunması, şahmatın kütləviliyinə nail olunması və şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət olub. Yarış “İsveçrə” sistemi ilə 5 turdan ibarət keçirilib. Yarışın yekununda qaliblər və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən qiymətli hədiyyə, medal və diplomlarla mükafatlandırılıb.