
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzv təşkilatların rəhbərləri ilə görüş keçirilib. Görüşdə əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər, eyni zamanda aparılan islahatlar, tətbiq edilən yeniliklər və icra olunan layihələrin mövcud vəziyyəti barədə məlumat verilib. Tədbirdə AHİK-in üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin (AGİHİB) sədri Rövşən Namazov cari ilin ilk yeddi ayı ərzində AGİHİB tərəfindən görülən işlərə dair hesabatla çıxış edib. Görüşdə AHİK və üzv təşkilatların qarşıdakı dövrdə görəcəyi işlər barədə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, səmərəliliyin daha da artırılması üçün tədbirlər müəyyənləşdirilib.