Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının əməkdaşları AƏSMA-da keçirilən ixtisasartırma kursunda iştirak ediblər


Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Həmkarlar ittifaqları və əmək qanunvericiliyi: əsas istiqamətlər, problemlər, perspektivləri” mövzusunda 5 günlük ixtisasartırma kursunda iştirak ediblər.
Təlim müddətində iştirakçılara əmək hüquqları, kollektiv müqavilələrin bağlanması, işçi-işəgötürən münasibətləri, təşkilatda əməyin mühafizəsinin idarə edilməsinin əsasları, işgüzar ünsiyyətdə ritorika həmçinin sosial tərəfdaşlıq mexanizmləri ilə bağlı geniş məlumatlar təqdim edilib. Mövcud problemlər və onların həlli yolları barədə interaktiv müzakirələr aparılıb.
Kursda fəal iştirak edən əməkdaşlara Akademiyanın rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.