“Konstitusiya və Suverenlik İli”nə həsr olunan minifutbol turniri keçirilir


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə, Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümünə və AMEA-nın yaradılmasının 80 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib.
Bununla əlaqədar keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu cür idman yarışlarının alim və mütəxəssislər arasında dostluq və əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğulayıb. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxışlarında turnirin əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıblar.
Tədbirdə iştirakçılar yarışın proqramı və qaydaları barədə məlumatlandırılıb və turnirə start verilib.