Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi sərgi-satış yarmarkası ilə tanış olub


Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olub.
Şura əməkdaşları sərgi iştirakçıları ilə səmimi söhbətlər aparıb, onların əl işləri ilə maraqlanıb və nümayiş olunan sənət nümunələrinə baxıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən yarmarkada 300-dən çox müəllifin hazırladığı 10 mindən artıq əl işi nümayiş etdirilir.