“III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçiriləcəkdir


❗️🌐14-15 noyabr 2025-ci il tarixlərində Naxçıvan şəhərində Naxçıvan Dövlət Universiteti, Türkiyənin Çankırı Karatekin Universiteti, Iğdır Universiteti, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, ARETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkili və bir sıra elm-təhsil müəssisələrinin iştirakı ilə “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçiriləcəkdir.
♦️“III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi”nin əsas məqsədi duz mədənlərinin təbii müalicə kompleksinin geoloji, tibbi, ekoloji və turizm potensialını elmi müstəvidə araşdırmaq, bu sahədə aparılan son yenilikləri və tədqiqat nəticələrini beynəlxalq alim və mütəxəssislərlə paylaşmaq, multidissiplinar əməkdaşlıq imkanlarını genişləndirməkdir. Konqres həmçinin Duzdağın sağlamlıq turizmi, speleoterapiya və alternativ müalicə üsulları baxımından imkanlarını daha da tanıtmaqla regionun davamlı inkişafına töhfə verməyi hədəfləyir.
♦️Sosial, iqtisadi və mədəni həyatımızda Duzdağının roluna, Duzdağ Müalicə Mərkəzinin müalicəvi əhəmiyyətinə, Duzdağın kimyası, faunası və florasına, Duzdağın geologiyası, yaranma şəraiti və ondan istifadənin tarixinə dair tədqiqatların yer alacağı konqresimizə təqdim olunan məqalə və tezislər elmi komitə tərəfindən qiymətləndiriləcək və sonda konqres kitabında nəşr olunacaqdır.
♦️Konqresdə xarici ölkələrdən və respublikamızın bir çox bölgələrindən dəvət olunan tədqiqatçılar ən son araşdırmalarını və fikirlərini bölüşəcəklər.
♦️Sizi 14-15 noyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində keçiriləcək “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi”nə dəvət edirik və konqresimizə əhatəli, günümüzün tələblərinə cavab verən tədqiqatlarınızla qatılmağınızı arzu edirik.
⚠️Konqres haqqında ətraflı məlumatları https://konfrans.ndu.edu.az/ saytından əldə edə bilərsiniz.