8 noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Naxçıvan şəhərində tarixi Qələbəmizi simvolizə edən Zəfər Abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyularaq, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Sonda Zəfər Abidəsi önündə xatirə şəkli çəkdirilib.



