“Volunteerfest” də iştirak edən könüllü tələbələrin mükafatlandırma mərasimi keçirilib


Dekabrın 8-də Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “Volunteerfest” adlı düşərgə iştirakçıları mükafatlandırılıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli könüllülük fəaliyyətində fərqlənən tələbələrlə görüşərək onlara təşəkkürnamə və hədiyyələr təqdim ediblər. Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Volunteerfest” düşərgəsi çərçivəsində tələbələr üçün müxtəlif təlimlər, interaktiv oyunlar və intellektual yarışlar keçirilib. 

Qeyd edək ki, düşərgə gənclərin asudə vaxtının səmərəli təşkili, onların sosial fəallığının artırılması və komanda bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.