Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib


Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar, Ulu Öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib.
Kollektiv abidənin önünə gül dəstələri qoyaraq müasir müstəqil Azərbaycanın banisi və qurucusu olan Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.