Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Şəhidlərin məzarları önünə tər qərənfillər düzülüb, onların qəhrəmanlığı bir daha ehtiramla anılıb. Allah bütün şəhidlərimizə rəhmət etsin!



