







Yanvarın 12-də Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin qəbul günü keçirilib. Şuranın sədri qəbula yazılan 1-i şəhid bacısı olmaqla 16 vətəndaşı qəbul edib. Vətəndaşların hər biri ilə ayrılıqda görüşüb, onların sanatoriya yollayışı, maddi yardım, sovqat yardımı, əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsinə dair şikayətlərini dinləyib. Qəzənfər Abdullayev vətəndaşların problemlərinin həlli üçün lazımi tapşırıqlar verib. Qeyd edək ki, hər həftənin cümə günü Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev saat 10:00-dan 12:00-dək vətəndaşları qəbul edir.