Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib


Mayın 10-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi müasir, müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edib.
Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb.