Yanvarın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev I Qarabağ Müharibəsi şəhidi İsmayılov Fərmayıl İsmayıl oğlunun atası İsmayılov İsmayıl Talıbəli oğlunu qəbul edib. Şəhid atası gəlinin xəstəliyi ilə bağlı Həmkarlar İttifaqları Şurasına müraciət edib. Belə ki, şəhid ailəsinin üzvü IV dərəcəli onkoloji xəstəlikdən əziyyət çəkir. Şuranın sədri Qəzənfər Abdullayevin tapşırığına əsasən xəstənin müalicəsini davam etdirməsi üçün ailəyə 1000 manat maddi yardım verilib.