Həmkarlar ittifaqının təşkilatçılığı ilə minifutbol turniri keçirilib


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilən institutlararası minifutbol turnirinə yekun vurulub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqı, AMEA Rəyasət Heyəti Aparatı və AMEA Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə müxtəlif elmi müəssisələrin komandaları iştirak ediblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun komandası olub. AMEA Rəyasət Heyəti Aparatının komandası ikinci, Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası isə üçüncü yerə layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AHİK-in sədr müavini Qəzənfər Abdullayev, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev və AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov ölkəmizdə həyata keçirilən uğurlu gənclər və idman siyasətindən, sağlam həyat tərzinin təşviqindən, həmçinin bu cür yarışların kollektivlər arasında həmrəyliyin və dostluq münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətindən danışıblar.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub.