“Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib.
AHİK-in və üzv təşkilatlarının əməkdaşlarının iştirak etdiyi aksiya IDEA İctimai Birliyininətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə sahəsində reallaşdırdığı təşəbbüslərə töhfə vermək, sağlamlıq və istirahət mərkəzlərinin təbii mühitinin qorunması, qonaqlar üçün daha yaxşı şərait yaratmaq məqsədilə təşkil olunub.
Aksiya çərçivəsində sağlamlıq mərkəzinin ərazisində abadlıqişləri görülüb, yaşıllıq sahələrinə qulluq göstərilib.
Həmkarlar ittifaqları tərəfindən ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən sosial-ekoloji tədbirlərbundan sonra davam etdiriləcək.