AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin qəbul günü keçirilib


Dekabrın 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin qəbul günü keçirilib. Şuranın sədri qəbula yazılan 1-i qazi olmaqla 15 nəfər vətəndaşın hər biri ilə ayrılıqda görüşüb, onların sanatoriya yollayışı, maddi yardım, sovqat yardımı, əmək, sosial-iqtisadi mənafelərinin müdafiəsinə dair şikayətlərini dinləyib. 
Qəzənfər Abdullayev vətəndaşların problemlərinin həlli üçün lazımi tapşırıqlar verib.