Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri Ceyhun Bayramovu qəbul edib. Səmimi görüş zamanı Ceyhun Bayramov birlik haqqında məlumat verib və qazilərin qayğılarından danışıb. Həmçinin birliyin sədri yanvarın 10-da keçiriləcək "Yaşa Azərbaycan" adlı xeyriyyə konsertinin biletlərini AHİK sədrinin müavininə təqdim edib. Qeyd edib ki, konsertdən əldən olunan gəlir "Naxçıvan Qaziləri" İctimai Birliyinin hesabına keçiriləcəkdir. AHİK sədrinin müavini bildirib ki, Həmkarlar İttifaqları hər zaman şəhid ailələri və qazilərin yanında olub. Bu gün də onların ehtiyaclarının ödənilməsində öz yardımını əsirgəmir. AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin tapşırığına əsasən təqdim olunan 49 biletin hər birinin vəsaiti Həmkarlar İttifaqları Şurası tərəfindən ödənilib. Eyni zamanda Ceyhun Bayramovun övladının müalicəsi ilə bağlı Şuranın hesabından 500 manat məbləğində maddi yardım verilib. Qəzənfər Abdullayev tapşırıq verib ki, birliyin üzvü olan 92 qazinin hər birinə gələcəkdə ediləcək sovqat yardımlarından pay ayrılsın.