Anım Günü ilə əlaqədar Zəfər Parkı ziyarət edilib


27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların əməkdaşları Zəfər parkını ziyarət ediblər. Vətənimizin müdafiəsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsi önünə gül dəstələri qoyulub.