Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI Qurultayının iştirakçıları ilə yekun görüş keçirilib


Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclas zalında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayının iştirakçıları ilə yekun görüş keçirilib. İclası giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qarşıdan gələn 31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edib. 
Sonra Qurultay iştirakçılarının hər birinə 200 manat məbləğində maddi yardımın verilməsi ilə bağlı qərar diqqətə çatdırılıb. 
Sonda şuranın sədri hər kəsi 7 fevralda keçirləcək Prezident seçkilərində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi dəstəkləməyə çağırıb.