AƏSMA-da tələbələr arasında şahmat turniri keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) tələbələr arasında “Hər gedişlə zirvəyə doğru” şahmat turniri keçirilib.

AHİK və Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyasının dəstəyi ilə təşkil edilən turnirdə tələbələr bacarıqlarını nümayiş etdiriblər.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər müəyyənləşdirilib və onlara diplom və sertifikatlar təqdim olunub.