Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Həmkarlar ittifaqlarının fəaliyyətində süni intellektin tətbiqi” mövzusunda təlimlər keçirilir. AHİK-in üzv təşkilatı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi ilə AƏSMA-nın birgə təşkil etdiyi təlimlərin məqsədi həmkarlar ittifaqları əməkdaşlarının süni intellekt texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq, onlara bu imkanlardan gündəlik iş prosesində səmərəli istifadə yollarını öyrətməkdir. Təlimlər çərçivəsində kargüzarlıq sənədlərinin hazırlanması, üzvlərin müraciətlərinin işlənməsi, məlumatların təhlili və informasiya işinin təşkili istiqamətləri üzrə süni intellekt alətlərinin tətbiqi imkanları nəzərdən keçirilir.



