Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasında sahəvi üzv təşkilatların fəaliyyətinin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sahəvi üzv təşkilatların fəaliyyətinə dair hesabatların müzakirəsi davam etdirilir.

Növbəti görüşdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı və Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı respublika birliklərinin sədrləri cari ilin ötən dövründə görülən işlərlə bağlı hesabat təqdim ediblər.

Hesabatlarda ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, təhlükəsiz əmək şəraitinin təmin olunması, layiqli əməyin təşviqi, üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verilib, müxtəlif istiqamətləri əhatə edən təlim proqramları və həyata keçirilən sosialyönümlü layihələr diqqətə çatdırılıb.

Görüşdə həmçinin rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, müasir kommunikasiya vasitələrindən daha effektiv istifadə, üzv təşkilatların fəaliyyətində səmərəliliyin artırılması, eləcə də ilk həmkarlar ittifaqları ilə əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün hədəflər müəyyənləşdirilib.