AHİK sədri Səttar Möhbalıyev Darıdağ arsenli su müalicə və istirahət kompleksi və "Duzdağ" hotelə baxış keçirib


Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Darıdağ arsenli su müalicə və istirahət kompleksində aparılan quruculuq işlərinə baxış keçiriblər. Məlumat verilib ki, Kompleks həmkarların balansına alındığı vaxtdan bu günədək quruculuq işləri davam etdirilir. Belə ki, hotelin içində yerləşməsi nəzərdə tutulan qazanxana üçün yeni bina tikilir. Elektrik otaqları və yeni su hovuzları yaradılır. Həmçinin binalar arasında mövcud olan 250 metrlik komunikasiya tuneli standartlara uyğun olmadığından genişləndirilir.
Daha sonra AHİK sədri və müavini Duzdağ hoteldə olublar. Duzdağ hoteldə fəaliyyət göstərən üzgüçülük zalında aparılan təmir-bərpa işləri ilə bağlı AHİK sədrinə məlumat verilib.